Azərbaycanla Portuqaliya arasında vizalar ləğv olundu

img

22-11-2010 [04:59]


Azərbaycanla Portuqaliya arasında vizaların ləğv edilməsi haqqında saziş imzalanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bu, xarici işlər naziri Elmar Məmmədyarovun Lissabon şəhərində təşkil olunmuş NATO Sammiti çərçivəsində Portuqaliyanın Dövlət və xarici işlər naziri Luis Amado ilə keçirilən görüşü zamanı baş tutub. Belə ki, Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında saziş imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA