Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib

img

10-11-2010 [12:16]


Rusiyanın paytaxtı Moskvada azərbaycanlı qətlə yetirilib. Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə ötən gün axşam saatlarında Dubinski küçəsində qeydə alınıb. Belə ki, adıçəkilən küçədə 41 yaşlı Yavər Hüseynov güllələnib. Milisdən verilən məlumata görə, naməlum şəxs "BMW" markalı maşında oturan kişiyə bir neçə dəfə atəş açıb. Güllələrdən biri onun başına dəyib, aldığı güllə yarasından azərbaycanlı keçinib. Lakin onun meyiti maşınından 20 metr aralıda tapılıb. Qatil hadisə yerindən piyada qaça bilib. Şahidlərin sözlərinə görə, o, tünd rəngli papaq taxıb və jaket geyinib. İlkin məlumata görə, bu, 25 yaşlarında, arıq, bəstəboy gənc olub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA