Gəncə polisi ?insan Naminə? blokunun namizədini axtarır

img

07-10-2010 [10:53]


Seçkiyə qoşulan müxalifət nümayəndələrə qarşı təziqlər davam edir. Müxalifətdən olan bəzi namizədlər polis tərəfindən də təqib olunur. Bu barədə MİA-ya məlumat verən 38 sayli Nizami (Gəncə) İkinci Seçki Dairəsindən ?İnsan Naminə? seçki blokunun vahid namizədi Əfqan Məmmədov Gəncə Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib; ?Bu gün səhər Gəncə şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi Anar müəllim məni şöbəyə çağırtdı. Bildirdi ki, namizədliyini geri götürməlisən bizə belə göstəriş gəlib. Dedi ki, əgər namızədliyini saat 3-ə qədər geri götürməsən səni şəhərdən itirəcəyik. Tələb elədi ki, namızədliyimi geri götürüm. Saat 3-dən sonra mənə bir də zəng elədilər ki, imtina ərizəsi yaz. Amma mən yenə də etiraz etdim. Hazırda məni axtarırlar, ancaq mən şəhərdən kənardayam. Məndə olan məlumata görə, bu proses Gəncənin icra başçısı Eldar Əzizovun tapşırığı ilə həyata keçirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA