Cəlilabadda ağır yol qəzası baz verib, 4 ölü, 9 yaralı var (yenilənib)

img

10-11-2010 [10:32]


Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən saat 20.00 radələrində Cəlilabad-Sərhədabad yolunda baş verib. 43 yaşlı Köçəri Elşad oğlu Rüstəmovun idarə etdiyi ?VAZ-21074? markalı 10-JY-066 dövlət nömrə nişanlı maşın 35 yaşlı Zaur Arif oğlu Rüstəmovun idarə etdiyi ?VAZ-2107? markalı 10-BG-290 dövlət nömrə nişanlı maşınla toqquşub. Hadisə nəticəsində 4 nəfər hadisə yerində dünyasını dəyişib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. *** Cəlilabad rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, dünən axşam saat 20:00 radələrində rayonun Sərhədabad kəndinin ərazisində Yardımlı rayon sakini 36 yaşlı Cəbrayıl Qardaşxan oğlunun idarə etdiyi "VAZ 21 07" markalı 10 BB 695 dövlət nömrə nişanlı maşınla, 43 yaşlı Köçəri Elşad oğlu Rüstəmovun idarə etdiyi ?VAZ-21074? markalı 10-JY-066 dövlət nömrə nişanlı maşın 35 yaşlı Zaur Arif oğlu Rüstəmovun idarə etdiyi ?VAZ-2107? markalı 10-BG-290 dövlət nömrə nişanlı maşın toqquşub Nəticədə dörd nəfər hadisə yerində ölüb, 9 nəfər yaralanıb. Onlar əvvəlcə Masallı və Cəlilabad xəstəxanalarına yerləşdirilsələr də, vəziyyətləri ağır olduğundan gecə saatlarında Bakıya çatdırılıblar. Cəlilabad rayon polis şöbəsi ölənlərin və yaralananların adlarını ANS PRES-ə açıqlayıb: Ölənlər: 36 yaşlı Cəbrayıl Qardaşxan oğlu Babayev 45 yaşlı Alim Məhəmməd oğlu Seyfullayev 29 yaşlı Cəlil Cəbrayıl Əliyev Azyaşlı Əsra Alim qızı Bayramova Yaralılar: 43 yaşlı Köçəri Elşad oğlu Rüstəmov 29 yaşlı Gülər Sərdar qızı Bayramova 35 yaşlı Zaur Arif oğlu Rüstəmov 32 yaşlı Nuranə Yavər qızı Şahmarova 18 yaşlı İsrail Zaur oğlu Rüstəmov 34 yaşlı Nuriyyə Ədalət qızı Niftiyeva Nərmin Nəriman qızı Babayeva Nihat Köcəri oğlu Rüstəmova Fərəh Köçəri oğlu Rüstəmov

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA