Bir sıra qətllər törətməkdə ittiham olunan xüsusi təhlükəli azərbaycanlı Rusiyada tutuldu

img

02-11-2010 [12:21]


Bir sıra qətllər törətməkdə ittiham olunan xüsusi təhlükəli Azərbaycan vətəndaşı Rusiyanın Belqorod şəhərində yaxalanıb. ?bel.ru? saytının yaydığı xəbərə görə, o, Azərbaycan polisindən şübhəli şəxsin sözügedən regionda olma ehtimalına dair məlumatın daxil olmasından sonra ələ keçib. Belqorod vilayəti üzrə Daxili İşlər İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası məsələsi nəzərdən keçirilir. Azərbaycanda yaşayan Gürcüstan mənşəli şəxs yerli orduda xidmətdən yayınıb və bir neçə il ərzində Azərbaycan ictimaiyyətində rezonans yaradan silsilə qətllər və digər ağır cinayətlər törətməkdə ittiham olunur. Saytın məlumatına görə, saxlanılan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib və onun işi ölkə rəhbərliyinin nəzarətində olub. Azərbaycan polisi müəyyən edib ki, o, ölkəni saxta sənədlərin köməkliyi ilə tərk edə bilib. Rusiya polisinin azərbaycanlı həmkarlarından aldıqları məlumata görə, Belqorod vilayəti üzrə Daxili İşlər İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları bir sıra əməliyyat tədbirləri həyata keçirərək onu saxlaya biliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA