Bəybala Əbilin zikayəti əsasında Ali Məhkəmənin iclası olacaq

img

01-11-2010 [11:27]


Bu gün Ali Məhkəmədə 11 saylı Qaradağ seçki dairəsində hakimiyyət orqanlarının 17 ildir yaratdığı ?seçki məzhəkələri?nin 2010-variantı ilə bağlı iki ?məhkəmə? prosesi olacaqdır: 1. 01.10.2010 tarixdə saat 14.30-a hakim A.İsgəndərovun sədrliyi ilə Bəybala Əbilin Bakı Apellyasiya Məhkəməsinin 20.10.2010 tarixli qətnaməsindən verdiyim kassasiya şikayətinə baxılacaqdır. Kassasiya şikayəti Bəybala Əbillə bağlı Mərkəzi Seçki Komissiyasının 11 oktyabr 2010-cu il tarixli qərarının qanunsuz sayılması və azad seçki hüququnun pozuntusunun tanınması ilə əlaqədardır. 2. 01.10.2010 tarixdə saat 15.00-a hakim B.H.Əsədovun sədrliyi ilə Bəybala Əbilin Bakı Apellyasiya Məhkəməsinin 19.10.2010 tarixli qətnaməsindən verdiyim kassasiya şikayətinə baxılacaqdır. Kassasiya şikayəti Bəybala Əbilin deputatlığa namizədliyimin ləğvi ilə qərarın rədd edilməsi ilə əlaqədardır. PS: Üçüncü məhkəmə işi isə yaxın günlərdə olacaqdır. Qaradağ rayon məhkəməsinin inzibati cəza haqqında verdiyi 15.10.2010 tarixli qərarından Bəybala Əbilin şikayəti ilə bağlı Bakı apellyasiya məhkəməsinin 29.10.2010 tarixli qərarından. Bu məhkəmə prosesləri 11 saylı Qaradağ seçki dairəsi Dairə Seçki Komissiyasının Bəybala Əbillə bağlı qəbul etdiyi üç qərarla bağlıdır: 1-ci qərar: 04.10.2010 tarixli xəbərdarlıqla bağlı 2-ci qərar: 12.10.2010 tarixli inzibati xəta ilə bağlı 3-cü qərar: 15.10.2010 tarixli nəmizədliyi ləğvi ilə bağlı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA