Mustafa Kabakçı: "Azərbaycanda oturuzmuz demokratiyanın olmasından son dərəcədə məmnunuq"

img

08-11-2010 [01:59]


?TürkPA-nın müşahidə missiyasının üzvü olaraq Azərbaycanda parlament seçkilərinin gedişini izlədik. Əvvəla, hər bir seçki demokratiyanın bayramı kimi qeyd olunmalıdır. Azərbaycanda oturuşmuş demokratiyanın olmasından son dərəcədə məmnunuq?. Bu fikirləri TürkPA-nın müşahidə missiyasının üzvü, Türkiyə ? Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı deyib. M.Kabakçı bildirib ki, müşahidə apardığımız seçki məntəqələrində insanların sərbəst şəkildə seçim etdiklərini müşahidə etdik. ?Digər bir sevincimiz isə bu missiyanın TürkPA tərəfindən təşkil olunması ilə bağlıdır. TürkPA-nın fəaliyyəti sübut edir ki, bundan sonra bütün türk dilində danışan ölkələr birlikdə hərəkət etmək, demokratiyanın birlikdə gücləndirmək istiqamətində səyləri artacaq. Bu seçkilərlə bağlı deyə bilərəm ki, vətəndaşların fəal şəkildə bu prosesdə iştirak etdiyini və bütün məsələlərin qanunauyğun şəkildə həyata keçirildiyini müşahidə etdik. Yəni hər hansı qayda-qanun pozuntusu görmədik. Biz bu seçkinin hər kəs üçün uğurlar gətirməsini diləyirik. Azərbaycan qardaşlarımızı gələcəkdə daha gözəl günlər gözlədiyini düşünürük. İnanırıq ki, Azərbaycan demokratiya istiqamətində bundan sonra da uğurlara imza atacaq? deyə o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA