ATƏT və Avropa Şurasının Azərbaycandakı Seçkiləri Müzahidə Missiyasının RƏYi

img

08-11-2010 [04:06]


Azərbaycanda keçirlən parlament seçkilərində demokratiya istiqamətində heç bir real irəliləyiş əldə edilməyib. ATƏT və Avropa Şurasının Azərbaycandakı Parlament Seçkilərini Müşahidə Missiyasının az öncə açıqladığı bəyanatda belə deyilir. Bəyanatda deyilir ki, "Azərbaycanda dünən keçirilən parlament seçkilərinin dinc şəraitdə keçməsinə və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirak etməsinə baxmayaraq, seçkilərin keçirilməsi ölkənin demorkatik inkişafına heç bir önəmli töhvə verməyib". Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, MSK ümumilikdə seçkinin texniki tərəflərini yaxşı təşkil edib. Seçki siyahılarının öncədən yerləşdirilməsi imkan verib ki, onlar adlarının siyahıda olub-olmamasını dəqiqləşdirə bilsinlər, lazımi dəyişikliklər edə bilsinlər. MSK həmçinin seçiciləri maarifləndirmə kampaniyasını da yaxşı təşkil edib. Ancaq media azadlığının məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin olunmaması və namizədlərin qeydiyyatı prosesindəki əngəllər müxəlifətin daha da zəiflədilməsinə xidmət edib və faktiki olaraq onsuz da zəif olan siyasi rəqabət şanslarını imkansıza endirib. Bu məhdudiyyətlər namizədləri qeyri-bərabər şəraitdə, qeyri-bərabər imkanlarla baş-başa qoyub və seçicilərin seçim etmək hüququnu məhdudlaşdırıb. Müşahidəçilərimizin baş çəkdiyi məntəqələrin 90 faizində səsvermə prosesi yaxşı təşkil olunub, 10 faizində ciddi problemlər olub. Məntəqələrin 1/3-də səslərin sayılması zamanı ciddi və ya çox ciddi pozuntular qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA