Bakıda ağır yol qəzası: 4 ölü, 5 yaralı var

img

04-11-2010 [10:41]


Bu gecə paytaxtın Suraxanı rayonu Hövsan-Zığ yolu kimi tanınan ərazidə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Cabbarov Əhməd Yusif oğlunun idarə etdiyi ?Hunday? markalı avtomaşınla Allahverdiyev Akif Xıdır oğlunun idarə etdiyi ?Vaz 2106? markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb. Avtoqəza zamanı "Jiquli"nin sürücüsü, həmçinin sözügedən avtomaşında olan Cəfərov Saməddin Əlizamin oğlu və şəxsiyyətləri hələ istintaq tərəfindən dəqiqləşdirilməyən daha 2 sərnişin dünyasını dəyişib. Hadisə yerinə Süuraxanı rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub. Qəza zamanı ?Hunday?da olan Quliyev Atabəy Əlif oğlu, Vəliyev Elnur Mirzə oğlu, İslam Paşayev, Fikrət Quliyev və sürücü Əhməd Cabbarov isə müxtəlif dərəcəli xəsarətlərlə dərhal 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Sürücünün xəsarətləri yüngül olduğundan həkimlər tərəfindən Əhməd Cabbarova lazımı tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb. Digər xəstələr isə müalicələrini həkim nəzarəti altında davam etdirir. İlkin ehtimallara görə, 4 nəfərin həyatına son qoyan avtoqəza "Jiquli"nin sürücüsünün ötmə əməliyyatına düzgün riayət etməməsi səbəbindən meydana gəlib. "Jiquli"nin qəfildən ?Hunday?ın yoluna çıxması sürətlə hərəkət edən avtomaşınların toqquşması ilə nəticələnib. Qeydə alınmış yol nəqliyyat hadisəsi ilə bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA