27 yazlı oğlan 77 yazlı qadını zorlayıb

img

03-11-2010 [05:55]


Daşkəsən rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis idarəsindən verilən məlumata görə, 1933-cü il təvəllüdlü Ə.Ş. zorlanması ilə bağlı İdarəyə müraciət edib. 77 yaşlı qadın şikayət ərizəsində 1983-cü il təvəllüdlü Bayramov Arzu Yaqub oğlu tərəfindən təcavüzə məruz qaldığını bildirib(lent.az). İdarədən bildiriblər ki, hadisə meşədə baş verib. Yaxınlıqdakı meşəliyə əzgil yığmağa gedən 77 yaşlı qadın orada 27 yaşlı gənc tərəfindən zorlanıb. Daşkəsən RPİ-dən onu da bildirdilər ki, hər iki şəxs ruhi xəstə kimi Gəncə Regional Psixonevroloji dispanserində və rayon xəstəxanasında qeydiyyatdadır. Ə.Ş. 3 il əvvəl də həmin oğlandan şikayət edibmiş. Həmin vaxt A.Bayramovun oğurluq etməsini iddia edən qadının şikayətinin əsassız olması üzə çıxmışdı. Qeyd edək ki, 77 yaşlı qadın Daşkəsəndə qızı ilə birgə yaşayır. Onun qızı da ruhi xəstə kimi qeydiyyatdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA