Azərbaycan Ermənistana xəbərdarlıq etdi

img

01-11-2010 [11:03]


Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildrilir ki, təkcə dünən ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fərrux Sabir oğlu Zeynalov yaralanıb. Məlumatda o da qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir ərəfədə Silahlı Qüvvələrimizə atəşkəs rejiminə əməl olunması barədə göstəriş verilib: ?Ancaq buna baxmayaraq qarşı tərəf vəziyyəti gərginləşdirməkdə davam edərək yenə də atəşkəs rejimini pozur. Təkcə son sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətində mövqelərimizi atəşə tutmuş və nəticədə oktyabrın 31-də saat 16.20-də bir əsgərimiz (Zeynalov Fərrux Sabir oğlu) yaralanmışdır. Lakin Azərbaycan Silahlı Qüvvələri göstərişi yerinə yetirərək düşmənə cavab atəşi açmayıb. Ermənistan başa düşməlidir ki, bu haldan sui-istifadə etməsinə yol verilə bilməz və qarşılıqlı anlaşmaya riayət edilməzsə, Azərbaycan tərəf cavab atəşi açmağa məcbur olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA