Rusiyadan erməni KiV-nə sərt ittiham

img

28-10-2010 [11:19]


Azərbaycanın Rusiyadakı səfirliyi bir müddət əvvəl erməni mətbuatında erməni işğalı altında olan Xankəndidəki ?Mesrop Maştots universiteti? və Rusiyanın təhsil ocaqları arasında ?əməkdaşlıq müqavilə?lərinin imzalanması barədə yayılan məlumatlarla əlaqədar olaraq Rusiyanın Samara vilayətindəki Tolyatti Dövlət Universitetinə (TDU) müvafiq məktub ünvanlayıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfirliyimizə ünvanlanan cavab məktubunda bu barədə yayılan məlumatlar təkzib edilib. Məktubda TDU-nun rektoru Mixail Kriştalın başçılıq etdiyi universitetin Xankəndidəki qeyri-qanuni ?Mesrop Maştots universiteti? və ya Azərbaycanın işğal olunmuş torpaqlarında digər qurum ilə heç bir müqavilənin bağlanmadığını və bunun heç planlaşdırılmadığı bildirilərək erməni KİV-in yaydığı məlumatın TDU-nun prorektoru A.K.Abramyana məxsus bəzi ifadələrin qeyri-korrekt istifadə edilməsinə arxalandığı və gerçək vəziyyəti əks etdirmədiyi qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA