Bu il Azərbaycanda 511 qida zəhərlənməsi olub

img

29-10-2010 [03:45]


Cari ilin 9 ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 10044 yeyinti məhsulu nümunəsi orqanoleptik və fiziki-kimyəvi, 6883 nümunə mikrobioloji, 2057 nümunə toksikoloji, 254 nümunə radioloji göstəricilərinə görə laboratoriya müayinələrinə cəlb olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən MİA-ya verilən məlumata görə, nümunələrin 128-də orqanoleptik və fiziki-kimyəvi, 143-də mikrobioloji, 14-də toksikoloji göstəricilərinə görə normalardan kənara çıxma halları müəyyən olunub. Şadlıq evlərindən götürülmüş 39215 yaxma nümunəsinin 870-də, 1161 soyuq qəlyanaltı nümunəsinin 18-də mikrobioloji çirklənmə aşkar edilib. Cari ilin 9 ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 1042 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 635 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 427 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. 2010-cu ilin 9 ayı ərzində əhali arasında 511 qida zəhərlənməsi hadisəsi baş verib, 582 nəfər zərərçəkən, o cümlədən 11 botulizm hadisəsi baş verib, 25 nəfər zərərçəkən olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA