Sumqayıtda 3 qadın dəm qazından boğulub

img

08-11-2010 [12:21]


Noyabrın 7-də Sumqayıtın müxtəlif yerlərində dəm qazından boğulma ilə bağlı 3 hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərindəki 4-cü məhəllədə yaşayan Cəmilə Göyüşova, 47-ci məhəllədə yaşayan Leyla Əhmədova və Corat qəsəbə sakini Günay Mirzəyeva yaşadıqları mənzildə dəm qazından zəhərlənib. Onların hamısı xəstəxanaya yerləşdirilib. C.Göyüşova və G.Mirzəyevanın halı qənaətbəxş olsa da, L.Əhmədovanın vəziyyəti ağır olaraq qalır. Hər 3 hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA