ilham Əliyev Rusiyadan Ukraynaya gedib

img

28-10-2010 [10:51]


Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərini başa çatdıraraq Ukraynaya rəsmi səfərə gedib. Həştərxan şəhərinin hava limanında dövlətimizin başçısını Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi oktyabrın 27-də Ukrayna paytaxtı Kiyevin Borispol hava limanında bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar dövlət başçısına duz-çörək təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA