islamçı demokratlar Bakıda Fələstin muxtariyyətinin səfirliyinin açılmasını dəstəkləyir

img

15-10-2010 [11:44]


?Fələstin Milli Muxtariyyətinin Bakıda səfirliyinin açılması ilə bağlı ideyanı islamçı demokrat olaraq dəstəkləyirik?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı bildirib. Onun sözlərinə görə, azadlıqsevər Fələstin xalqının Bakıda təmsilçiliyinin açılması bir sıra səbəblərə görə vacibdir: ?Fələstin xalqının başına gələn müsibətləri bizim xalqın müsibətləri ilə eyniləşdirmək olar. Bundan başqa onlara hər hansı yardım etməkdən kənarda qalamışdıq. Hər iki məəqama görə səfirliyin açılması vacibdir. Xatırladım ki, İsrail Fələstin xalqına divan tutuduğu dövrdə onlara qan və pul yardım etmək üçün təkliflə çıxış etmişdik. Ancaq sözümüzü heç kimə çatdırıb və əməli yardım edə bilmədik. Bu mənada haqları pozulmuş və təzavüzə məruz qalmış xalqın müdafiəsi üçün səfirliyin rolu olacağına ümüdvarıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA