Azərbaycan prezidenti ilham Əliyev Rusiyaya izgüzar səfərə gedib

img

27-10-2010 [11:06]


Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Xatırladaq ki, Azərbaycan prezidentinin səfəri çərçivəsində Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşü keçiriləcək. Bundan başqa Azərbaycan dövlət başçısının Həştərxanda Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirakı da nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA