Rusiya yeni qitələrarası raketini sınaqdan keçirdi

img

29-10-2010 [04:46]


Rusiya hərbi dəniz donanması Bulava adlı qitələrarası raketi sınaqdan çıxardığını bildirir. Rusiya hökuməti bu raketi özünün gələcək nüvə arsenalına daxil etmək istəyir. Bu yayılan rəsmi məlumatda deyilir ki, raketin sınağı Finlandiya yaxınlığında dənizdə həyata keçirilib. Raket 6000 kilometr məsafədə Kamçatka yarımadasındakı hədəfi vurub. Olduqca bahalı olan bu layihə son vaxtlar Rusiya üçün bir xəcalət mənbəyinə çevrilmişdi. Çünki bundan əvvəl Rusiya hərbçiləri raketi buraxmaq üçün 13 dəfə cəhd etmiş, bunun yeddisində uğursuz olmuşdular. Dünən Rusiya Sovet dövründən anbarda qalmış bir neçə raketin də sınağını keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA