"8-ci kilometr" bazarındakı yanğın söndürülüb

img

25-10-2010 [09:57]


Bu gün gecə saatlarında Nizami rayonu ərazisində yerləşən və 8-ci kilometr bazarı kimi tanınan ticarət mərkəzində yanğın başlayıb. Bu barədə hadisənin şahidləri məlumat verib. Məlumata görə, yanğının miqyası böyükdür. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bir neçə briqadası hadisə yerinə gəlib. Son məlumata görə, yanğın söndürülüb. Yanğına dükanların birində elektrik naqilində baş vermiş qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Hadisə nəticəsində 1000 kvadrat metrdən çox ərazi yanıb. Ölən və xəsarət alan olmayıb. Məlumatı Nizami rayon Polis İdarəsindən də təsdiq ediblər(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA