Naxçıvanda Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək

img

25-10-2010 [03:58]


Sabah Türkiyənin Xarici Ticarət üzrə Dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gələcək. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə Türkiyənin dövlət rəsmiləri, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd vilayətlərin rəhbər vəzifəli şəxsləri, həmçinin işgüzar dairələrin 90-a yaxın nümayəndəsi daxildir. İkigünlük səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi də nəzərdə tutulur. Tədbir çərçivəsində yerli məhsulların sərgisi təşkil olunacaq, türkiyəli qonaqlara Naxçıvan Muxtar Respublikasının tarixi, iqtisadi inkişafı və investisiya imkanları barədə məlumat veriləcək. Biznes forumda Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin müxtəlif bölgələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə ediləcək, yerli şirkətlər tərəfindən potensial investisiya layihələrinin təqdimatı keçiriləcək, əməkdaşlıq haqqında sənədlər imzalanacaq. Tədbirdən sonra sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi, eləcə də türkiyəli iş adamlarının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra müəssisələrə səfərlərinin təşkili nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA