Azərbaycan xarici izlər nazirinin müavini Vaqif Sadıqov italiyaya səfir təyin olunub

img

30-10-2010 [12:17]


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İtaliyada yeni səfirinin təyin edilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Vaqif Sadıqov Azərbaycanın İtaliyada yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qeyd edək ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ildə Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İstitutunu bitirib, filologiya elmləri doktorudur. 1992-ci ildən Azərbaycan XİN-də Beynəlxalq təşkilatlar idarəsinin birinci katibi vəzifəsini tutub, 1993-1995-ci illərdə Azərbaycan XİN-in hərbi-siyasi məsələlər üzrə şöbəsinin müdiri, 1995-2004-cü illərdə Avstriyada səfir və Azərbaycanın BMT-nin Vyana şöbəsi, BMT Ərzaq inkişafı və ATƏT yanında daimi nümayəndəsi olub. 2004-cü ildən V.Sadıqov Azərbaycan xarici işlər nazirinin müavinidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA