"Tramp ən pis, ən ədalətsiz və ən zalımıdır” - İran prezidenti

img

14-06-2018 [15:27]


Donald Tramp son onilliklərdə ABŞ-ın "ən zalım” prezidentidir. Trend-in məlumatına görə, bu fikri İran Prezidenti Həsən Ruhani səsləndirib.

H.Ruhani qeyd edib ki, ABŞ-ın bütün hökumətləri İrana düşmən olub:

"İslam inqilabından bəri ABŞ-ın bütün hökumətləri İran xalqının düşməni olub. Amma ABŞ-ın indiki prezidenti əvvəlkilərlə müqayisədə ən pis, ən ədalətsiz və ən zalımıdır”.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR