Konturu qurtardı, atasının bazına çəkic vuraraq öldürdü

img

21-10-2010 [04:19]


Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. Ölkə mətbuatının yaydığı məlumata görə, Elağız rayonunda yaşayan 29 yaşlı oğul atasının başına çəkiclə bir neçə dəfə zərbə vuraraq onu qətlə yetirib. Məlumata görə, Fırat Universitetinin 29 yaşlı tələbəsi Ali Emrah atası, 67 yaşlı Abdülkadir Z.-dan mobil telefonunu istəyib. Atasının ?kontur yoxdur? sözlərindən əsəbləşən Ali Emrah evdəki çəkici götürərək divanda uzanan atasının baş nahiyəsinə zərbələr vurmağa başlayıb. Bu zaman evdə olan ana Türkan və qızı Fəridə canlarını qurtarmaq məqsədi ilə evin ikinci mərtəbəsindəki otaqda gizlənərək qapını arxadan bağlayıblar. Oğul atasını öldürdükdən sonra hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışını davam etdirir. Qeyd edək ki, A. Emrah tez-tez ruhi əsəb xəstəxanasında müalicə alırmış.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA