Faiq Ağayevi bıçaqlamaqda zübhəli bilinən iki nəfər saxlanılıb

img

28-09-2010 [11:09]


Daxili İşlər Nazirliyi (DİN) müğənni Faiq Ağayevin bıçaqlanması ilə bağlı növbəti açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xalq artistini bıçaqlamaqda şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb. Verilən məlumata görə, Bakı şəhər sakinləri Ramin Bayramov, Azər Musayev və Azərbaycanın xalq artisti Faiq Ağayev sentyabrın 27-də saat 06.00 radələrində Nəsimi rayonu ərazisindəki Ə. Topçubaşov küçəsi, ev 110-nun qarşısında bıçaqlanıblar. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Klinik Tibbi Mərkəzi yerləşdiriliblər. Nəsimi rayon Polis İdarəsinin 21 polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuşlar Rüfət Məlikov və Seymur Məmmədov saxlanılıblar. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hadisə iştirakçılarının arasında Natəvan Şərifova adlı bir qadın da var. N. Şərifova ötən gecə polisə dəvət olunaraq ifadəsi alınıb. Lakin N. Şərifovanın hadisədə günahı olmadığı üçün o bu gün sərbəst buraxılıb. Xatırladaq ki, məlum hadisə ötən gün səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş ?Kubinka? adlanan yerdə qeydə alınıb. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, ?Audi? markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən ?VAZ-2107? markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Hadisəni törədən şəxslər qaçıblar. Onlar üç nəfər olub. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA