Ərdoğan seçki proqramını açıqladı, yeni mesajlar verdi: "Əhdim olsun ki..." - VİDEO

img

06-05-2018 [18:06]


Türkiyə prezidenti Ərdoğan  partiyasının bugünkü toplantısında 24 iyunda keçiriləcək prezident seçkilərindəki proqramını açıqlayıb.

Mia.az bildirir ki, o, əhd edib ki, 24 iyundan sonra Türkiyə müasir mədəniyyətin üst səviyyəsinə qalxacaq: 

"Bu millətin inancını boğmaya qalxdılar. Varlığımıza, hüzurumuza, rifahımıza qəsd etdilər. Yıxılmadıq, ərdəm və cəsarətlə Türkiyni şahlandırdıq. Birlikdə böyüdük. Biz durmadıq, onlar da durmadı".

Ərdoğan deyib ki, Türkiyənin sərhədlərini terror dəhlizi ilə mühasirəyə almaq istədilər: "Sərhədlərimizi dəyişməyə cəhd edən muzdlu qatillərin başını əzdik. Ölkəmizi hədəf alan planları necə pozduqsa, bundan sonra da eyni qərarlıqla pozacağıq. Biz Türkiyənin dünəni, bu günü və sabahıyıq. Biz Türkiyənin bölünməz bütünüyük".

Ərdoğan bildirib ki, indi Türkiyədə dünya aktyoru səviyyəsinə gəlib: "Bizim üçün  əsas olan milli güvənlik və hüzur hədəflərmizdir. Dünya düzənində güclü, söz sahibi olan ölkəyə dönürük. Biz tam demokratik bir Türkiyə istəyirik".

Ərdoğan daha sonra iqtisadi sahədə qazanılan uğurlardan danışıb, sosial layihələri gücləndirəcəklərini bəyan edərək, yeni vədlər verib. 

Sonda isə o, 24 iyun seçkilərinə toxunub, bildirib ki, həmin günü Türkiyədə yeni bir dönəm başlayacaq: "Bu yeni bir dönəmin başlanğıcını birlikdə gerçəkləşdirəcəyik".





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA