Nazim İbrahimov Bakıda qızına dəbdəbəli toy etdi - FOTOLAR

img

06-05-2018 [10:21]


Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevə ərə gedib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, toy mərasimi mayın 5-də "JW Marriott Absheron” oteldə keçirilib.

Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib. Ukraynanın sabiq prezidenti Viktor Yuşenko da qonaqlar arasında olub.

Qeyd edək ki, K.İbrahimova "DeCamie” moda evinin sahibidir.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA