ATƏT: ?Seçkiqabağı prosesdə müəyyən problemlər qeydə alınıb?

img

11-10-2010 [02:49]


?ATƏT təbliğat-təşviqat müddətinin qısaldılmasından çox narahatdır. Çünki bu qısa müddətdə namizədlərin öz platformalarını təqdim etmək imkanı məhdudlaşır?. Bunu ANS-ə müsahibəsində ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkisinin müşahidə missiyasının rəhbəri, xanım Odri Qlover deyib. ?ATƏT-in uzunmüddətli müşahidə missiyası artıq iki həftədir ki buradadır. Bizim nümayəndələr müşahidələr aparır və müşahidəçilərimizdən hesabatları alırıq. Hələ ümumi hesabatları nəzərdən keçiririk. Bizim əsas baxdığımız məsələlər namizədlərin mediaya çıxışının təmin edilməsi, qeydiyyat prosesinin getməsi və təşviqat məsələləri ilə bağlıdır", deyə O. Qlover bildirib. Onun sözlərinə görə, müşahidə misssiyası artıq bəzi problemlərin şahidi olub. "Uzunmüddətli müşahidəçilərimizdən daxil olan məlumatlara görə, müəyyən problemlər qeydə alınıb. Bunlar əsasən, namizədlərin qeydiyyatı ilə bağlı, saxta imzaların toplanması və seçkiqabağı təşviqat kampaniyasına start verilmədiyi halda, bəzi namizədlərin təşviqat aparması haqqında məlumatlardır?, - deyə xanım Qlover əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA