Respublikaçılar Nümayəndələr Palatasında üstünlüyü ələ alıb

img

03-11-2010 [10:55]


ABŞ-ın Respublikaçılar partiyası Nümayəndələr Palatasına nəzarəti ələ keçirib. Prezident Barak Obamanın Demokratlar partiyası azlıqda qalıb. Exit-polların nəticələrinə görə, noyabrın 2-də keçirilən seçkilərdə Respublikaçılar 435 yerlik Nümayəndələr Palatasında kifayət qədər yer əldə edib. CNN televiziyasının proqnozuna görə, Respublikaçılar azı 50 yer çox qazanacaq. Son 4 ildə Konqresin aşağı palatasında Demokratlar üstünlükdə olub. Buna qədər Demokrat Partiyasının müxalifətdəki Respublikaçılar Partiyasından Senatda 10 yer, Nümayəndələr Palatasında 39 yer üstünlüyü vardı. Rəy sorğularına görə, Demokratlar Senata seçkilərdə kiçik səs çoxluğu ilə irəlidədir. Dünənki seçkilərdə Senatın 100 yerindən 37-nə seçkilər keçirilib. Hazırda Birləşmiş Ştatlar Konqresinə aralıq seçkilərin nəticələri hesablanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA