02-05-2018 [23:59]
Parisdə Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə təşkilatın mənzil-qərargahında "Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib.
Mia.az-ın xəbərinə görə, Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Məktubda qeyd edilir ki, bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır. Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Dövlət başçısı inandığını bildirib ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə, bütövlüdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafını təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.
Anar Kərimov çıxışında forumun türk xalqları və ölkələri arasında əməkdaşlığın, eləcə də dünya sivilizasiyasının inkişafına böyük töhfələr verəcəyini bildirib. O qeyd edib ki, türk dili Avropadan Asiyaya qədər geniş məkanda yayılan bir dildir.
Qazaxıstanın və Qırğızıstanın UNESCO-dakı səfirləri prezident Nursultan Nazarbayev və prezident Sooronbay Jeenbekovun Foruma ünvanladıqları təbrik məktublarını oxuyublar.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxışında forumun türk dillərinin qorunmasına və türk dilində danışan xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, mədəniyyətin inkişafında, milli dəyərlərin, eləcə də xalqların mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, mədəniyyətin, ədəbiyyatın nəsildən-nəslə ötürülməsində, xalqların birliyində dilin böyük rol oynadığını diqqətə çatdırıb.
O qeyd edib ki, 125 il öncə, 25 noyabr 1893-cü ildə tanınmış danimarkalı alim Vilhelm Tomsen runik əlifbasının açarını tapıb və tarixdə ilk dəfə olaraq türk yazılı abidələrini oxuyub. Bu, elm aləmi üçün çox böyük tapıntı idi, Külteqin yazılarının sirri çözülmüşdü. Onun oxuya bildiyi ilk kəlmələr "Tenqri”, "Türk” və "Külteqin” sözləri olub. Bununla da o zamanadək mövcud olan türklərin sivilizasiyadan kənar, heç bir mədəniyyət və kültür yaratmayan xalq olması fikri tamamilə alt-üst olub. Bu il 100 illik yubileyini beynəlxalq səviyyədə qeyd olunan tanınmış türkoloq V.Radlov isə Kül Tegin, Bilgə Xaqan və Tonyukuq kitabələrini oxuyub.
D.Kıdırəli bildirib ki, UNESCO ilə birlikdə bu forumu təşkil etməkdə əsas məqsəd də türk yazı abidələrinin V.Tomsen tərəfindən oxunuşunun 125, tanınmış türkoloq V.Radlovun 100, habelə, türk dünyasının böyük ədəbiyyat xadimləri Çingiz Aytmatovun 90, Mağcan Cumabayın 125 illik yubileylərini, eyni zamanda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini beynəlxalq səviyyədə qeyd etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, dilin təhlükə altında olması mədəniyyətin ən vacib parçasını itirməsi deməkdir. Dil milli dəyərlərin formalaşması, yayılması baxımından böyük əhəmiyyət daşıyır. Dilin ölməsi bəşəriyyətin ortaq milli mədəni irsinin itirilməsi deməkdir.
Forumun açılışından sonra mükafatlandırma mərasimi keçirilib.
Tədbir işini panel iclaslarla davam etdirib. Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iclasda çıxış edərək ilk demokratik respublika dövründə aparılan dil siyasəti, əlifbanın formalaşması haqqında ətraflı məlumat verib. O bildirib ki, Şərqdə ilk demokratik respublikanın qurucusu olan dövlət xadimləri Azərbaycanın başqa görkəmli ziyalıları ilə birlikdə bütün fəaliyyətləri ərzində Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparıblar. O zaman türk dili adlanan Azərbaycan dili 1918-ci il iyunun 27-də dövlət dili elan olunub.
Bildirilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev və onun layiqli varisi prezident İlham Əliyev sayəsində dil siyasətimiz uğurla davam etdirilir. Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan dili, əlifbası günü təsis edilib, dövlət dili haqqında qanun qəbul edilib, Dil Komissiyası yaradılıb. Bütün bunlar dövlətimizin dilimizə qayğısını və diqqətini əks etdirir.
Qeyd edək ki, "Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forumunda Azərbaycanı UNESCO yanında daimi nümayəndəliyin rəhbəri səfir Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Beynəlxalq Türk Akademiyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli təmsil edib.
TRAMP PUTİNƏ VAXT VERDİ: "Açığı, o, müharibəni davam etdirmək istəyir, çox təəssüf..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda qardaşlar bir-birini qana bulayıb
Ayxan Hacızadə İran səfiri ilə görüşüb - Nələr müzakirə edilib?
“Hilton Baku”da turistlərə şok yaşadıblar - Fantastik qiymət + FOTO
"O vaxt heç kim istəmirdi qızı aktrisa olsun"
“Roşka” ləqəbli tiktoker: "Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam"
"Bəzi üstünlüklərimiz var" - Qurban Qurbanov
"Corab satan" aktyorun bir-birini təkzib edən açıqlaması: "Dəqiq desinlər ki, hansı teatra göndərilirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda isti hava şəraiti davam edəcək - Açıqlama
Ərdoğan İstanbul və Ankarada CHP-yə uduzur - Sorğu
SABİQ NAZİR İDDİALARA SƏRT CAVAB VERDİ: “Nədir? İstəyirsiniz ki, Rusiyaya casusluğu qəbul edim?"
300-dən çox mənzil, aylıq 10 milyon kirayə pulu, 12 mağaza və... - Türk müğənninin sərvəti dodaq uçurtdu
Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək? - Qərbin texnoloji monopoliyasına son qoyulur
Mingəçevir Dövlət Universitetindən mühüm addım: İki yeni Elmi-Tədqiqat İnstitutu yaradılır
Prezident "Dövlət Proqramı”na dəyişiklik etdi - Sərəncam
Türkiyədə meşələri qəsdən yandıəran daha 4 nəfər tutulub
Ahmet Kabaklı: Türk Mədəniyyəti və Ədəbiyyatının VİCDAN SƏSİ
Nazir: "Qəzza bizim ayrılmaz hissəmizdir"
Misir prezidenti: "Tramp bu müharibəni dərhal bitirə bilər"
Onlar yeni vəzifələrə təyin olundu - SİYAHI (YENİLƏNİB)
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
Müğənni Xatirə İslam Alim Qasımovun qızına irad tutdu: "Bu qızdan nə istəyirsiniz?"
Eşit, inanma… - Təbriz VƏFALI YAZIR
MƏRKƏZİ SƏDRİ HƏBS EDİLDİ - Vəkilin şikayəti əsasında
Oqtay Əsədovun xanımı gəlirlərini artırıb - Rusiyada + DETALLAR
Sabah isti hava olacaq - Proqnoz
Prezident Dövlət Agentliyinə iki milyon manatı ayırıb - Sərəncam
Tramp: "Qəzzada uşaqlar çox ac görünür" - "HƏMAS-ın bir neçə girovu qalxan etməklə ayaqda qalması mümkün deyil"
Ağdamın Xıdırlı kəndinə növbəti köç olub
Məşqçimiz hakimə hücum çəkdi - Rinqdə dava + VİDEO
"Benfika" Enzo Barreneçeanı icarəyə götürüb
"Hər qurum əvvəlcə öz marağına uyğun qanunları qəbul etdirir, sonra da..." - “Hər gün bir yeni rüsum, ödəniş, töycü fikirləşib tətbiq edirlər"
Pervis Estupinan "Milan"a keçid edib
Uşaq bağçalarına tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi başlayıb
Həkimlərdən xəbərdarlıq: "ChatGPT psixoz riski yaradır"
Emerson Royal "Flamenqo"ya transfer olub
Çində güclü yağış selə çevrildi - 80 mindən çox insan təxliyə olundu, 30 nəfər öldü, itkin düşənlər var
İrəvanlı alimlər - SİYAHI
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər - FOTO
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
N'Koudu "Samsunspor"a gəlir?
Baş həkim: "Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır"
Xalq artisti Həsən Məmmədovun oğlu vəfat edib - 57 yaşında