Yazıçılar Birliyi Səxavət Tağları yubileyi münasibətilə təbrik etdi: "İndi çox aktual olan Qarabağ mövzusuna..."

img

22-04-2018 [21:11]


Azərbaycan Yazıçılar Birliyi istedadlı yazıçı-publisist, Əməkdar müəllim Səxavət Tağlara 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Hörmətli Səxavət müəllim!

Sizi- istedadlı yazıçı-publisisti 60 illik yubileyiniz münasibətilə  təbrik edirik.

Sizin imzanız 1985-ci ildən ədəbiyyatsevərlərə tanışdır. "Qarabağ düşüncələri”, " Gecikmiş məktub”, ”Şərqin bülbülü”,  "Ana fəryadı" və "Bir nəslin dörd fəsli” ədəbi-bədii kitablarınız maraqla qarşılanmışdır. 

Yaradıcılığınızda  əsas xətt Qarabağ mövzusudur. Xankəndi Pedaqoji İnstitutunda təhsil almısınız. İndi çox aktual olan Qarabağ mövzusuna hələ tələbəlik illərində müraciət etmisiniz.

Siz uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. Qabaqcıl, nümunəvi pedaqoq kimi Əməkdar müəllim fəxri adına layiq görülmüsünüz.

Hötmətli Səxavət müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq". 


Digər xəbərlər
SON XƏBƏRLƏR