Məşhur aktyor Qarabağa səfərini yalanladı: "Dəvət ediblər, lakin razılıq verməmişəm çünki.."

img

20-04-2018 [00:31]


"Aktyor Stiven Siqalın Ermənistan və Dağlıq Qarabağa səfəri ilə bağlı erməni mətbuatında yayılan məlumat həqiqətə uyğun deyil”.

Bu barədə aktyor "Instagram” sosial şəbəkəsində yazıb.

 Aktyor bildirib: "KİV-lərdə Ermənistana səfərimlə bağlı yayılan məlumat səhvdir. Məni bir neçə dəfə Ermənistana dəvət ediblər, lakin mən heç vaxt razılıq verməmişəm. Həmçinin mən heç vaxt Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm, çünki Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıram”.

Qeyd edək ki, bu gün erməni KİV-lərində amerikalı aktyor Stiven Siqalın aprelin 22-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayılmışdır. Həmçinin qeyd olunurdu ki, aktyor Dağlıq Qarabağa da səfər edəcək/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA