Həmsədrlər prezidentlə görüzmək üçün Naxçıvana gedib

img

06-10-2010 [01:52]


ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüşmək üçün Bakıdan Naxçıvana gediblər. Bu barədə ANS-ə Naxçıvan Muxtar Respublikasınən Ali Məclis Aparatından məlumat verilib. Görüş yaxın bir saat ərzində baş tutmalıdır. Bildirilib ki, həmsədrlər bu gün saat 11 radələrində Naxçıvana çatıblar və mehmanxanada yerləşdiriliblər. Qeyd edək ki, Azərbaycan prezienti İlham Əliyev dünəndən Naxçıvan Muxtar Respublikasında səfərdədir. Həmsədrlərin də daxil olduğu Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr aparacaq faktaraşdırıcı missiya üzvləri bu gün prezident İlham Əliyevlə görüşdükdən sonra Ermənistana yola düşəcəklər. Onlar elə bu gün də İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəklər. Faktaraşdırıcı missiyanın üzvləri sabah Xankəndiyə gedəcəklər və buradan hər gün növbəli şəkildə Dağlıq Qarabağ ətrafındakı rayonların birinə səfər edəcəklər. Missiyanın hava şəraitindən asılı olaraq oktyabrın 13-ü və yaxud 14-də yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, sonuncu dəfə faktaraşdırıcı missiya Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda 2005-ci ilin fevralında olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA