Əhməd Davudoğlu: Türkiyə Dağlıq Qarabağ münaqizəsinin nizamlanmasında fəal rol oynamağa can atır

img

17-09-2010 [01:42]


Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh prosesinin təşəbbüskarlarından biri olmaqla onun nizamlanmasında fəal rol oynamağa can atır. Bu barədə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu CNN Turk telekanalına müsahibəsində bildirib. Türkiyə XİN başçısı Qafqaz regionunda yaranmış və tərəflərin hər birinə ziyan vuran vəziyyətlə bağlı narahatlığını ifadə edib. "Regiondakı status-kvo vəziyyəti aradan qaldırılıb, çünki o, hər iki dövlətin [Azərbaycan və Ermənistan] maraqlarına cavab vermirdi. Lakin hazırkı vəziyyət dəyişilməz qala bilməz", - Əhməd Davudoğlu deyib. Əhməd Davudoğlu bildirib ki, Ankara münaqişənin nizamlanmasında digər vasitəçi ölkələrə rəqib olmağa can atmır. "Sülh hər birinin marağındadır", - türkiyəli nazir bildirib, - "axı yaranmış vəziyyət regionun bütün ölkələrinə ziyan vurur". Türkiyə xarici siyasət idarəsinin başçısı növbəti dəfə problemin həllinə səbirli, sakit və diqqətli yanaşma sərti ilə mümkün ola biləcək sülh sazişinin imzalanacağına ümidini ifadə edib. Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması haqqında danışan Davudoğlu, Ankaranın Yerevanla tam diplomatik münasibətlər qurmağa can atması üzrə səylərini təsdiqləyib və bunun yalnız Azərbaycanla Ermənistan arasında barışığın imzalanmasından sonra mümkün ola biləcəyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA