?insan Naminə? blokunun rəhbərliyi ATƏT nümayəndəsi ilə görüzüb

img

05-10-2010 [02:54]


Bu gün ?İnsan Naminə? siyasi partiyalar bloku ATƏT?in Seçkilərin Müşahidə Missiyasının Siyasət üzrə təhlilçisi Marian Qabriel ilə görüş keçirib. MİA-nın xəbərinə görə, görüşdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Yaşıllar Partiyasının sədri Mayis Güləliyev və blokun Birləşmiş Seçki Qərargahının rəhbəri Elman Məmmədzadə iştirak edib. Görüşdə Milli Məclisə seçkilər öncəsi ölkədəki ictimai ? siyasi vəziyyət, imza toplama kampaniyasının gedişatında baş verən qanun pozuntuları, blokun namizədlərinin üzləşdiyi təzyiqlərin xarakteri müzakirə edilib. Görüşdə partiyaların və seçki bloklarının seçki prosesində iştirakının sadələşdirilməsi və cəmiyyətdə siyasi aktivliyin artırılması üçün təkliflər verilib. ?İnsan Naminə? siyasi partiyalar bloku tərəfindən seçki qanunvericiliyinin pozuntuları ilə bağlı Seçki Qərargahının hazırladığı arayış ATƏT ? in nümayəndələrinə təqdim edilib. Qərara alınıb ki, blokun ATƏT?in missiyası ilə görüşləri mütəmadi xarakter daşısın və ortaya çıxan problemlər haqda məlumatlar operativ şəkildə mübadilə edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA