Gələn həftə Azərbaycan və Ermənistan XiN rəhbərləri görüzəcəklər

img

15-09-2010 [11:12]


Gələn həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Amerika Birləşmiş Ştatlarında görüşəcək. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində həmsədrlərin də məsləhətləşmələr üçün Vaşinqtona gələcəyini bildirib. Bu məsləhətləşmələr ABŞ-ın vəzifəli rəsmiləri ilə aparılacaq. Sonra isə həmsədrlər tərəflərlə görüşmək üçün Nyu-Yorka gedəcəklər. Vasitəçilərin yeni ideyalarının olduğunu deyən Robert Bradtkenin sözlərinə görə, ötən həftə bunlarla Bakı və İrəvan da tanış olub. Həmsədrlər isə növbəti dəfə sentyabrın sonu, oktyabrın əvvəllərində regiona baş çəkəcəklər. Bradtke həmçinin ATƏT-in Minsk qrupu kimi Azərbaycanın qətnamə layihəsini BMT Baş Assambleyasından geri götürməsini alqışladığını da bildirib. Onun sözlərinə görə, həmsədrlər bu qətnamənin sülh prosesinə töhfə verəcəyinə inanmır. ?Çünki, bu, diqqəti bütün tərəflərlə birbaşa danışıqlar prosesindən yayındıra bilərdi. BMT nə qədər də nüfuzlu bir təşkilat olsa da, bu qətnamə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmayacaq. Münaqişənin həllinin ən sürətli yolu tərəflər arasında Minsk qrupunun çərçivəsində birbaşa danışıqlar olaraq qalır?. Xatırladaq ki, BMT-nin 64-cü sessiyası plenar iclasının gündəliyinə salınan ?Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair? qətnamə layihəsinin müzakirəsi təxirə salınıb. Bununla bağlı rəsmi Bakının qərarını BMT-nin tribunasından Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev səsləndirib. O, buna səbəb kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal edilmiş ərazilərində humanitar vəziyyətin öyrənilməsinə dair beynəlxalq missiyanının göndərilməsi barəsində razılığın əldə olunmasını göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA