Metyu Brayzanın məsələsi müzakirə oluna bilər

img

05-10-2010 [11:30]


Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi oktyabrın 5-də Senatın iclasında müzakirə oluna bilər. Türkiyəyə səfir təyinatı məsələsi də iclasın gündəliyinə daxil edilib. Metyu Brayzanın namizədliyinin bu gün səsə qoyulub-qoyulmayacağı isə məlum deyil. Brayzanın namizədliyi sentyabrın 21-də Xarici Əlaqələr Komitəsində keçirilən səsvermədə təsdiqlənib. Lakin bunun ardınca iki ermənipərəst senator məsələnin Senatdakı müzakirəsi ilə bağlı veto hüququndan istifadə edib. Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub. ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi ötən ilin yayından boşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA