12-04-2018 [08:41]
Qoç - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.
Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.
Buğa - daha yaxşı işləməlisiniz. İstirahət və əyləncə ilə bağlı fikirlərin zamanı deyil. Laqeyd olmasanız, süst davranmasanız, uğurlu gündür.
Tərəfdaşlarınızı diqqətlə dinləyin.
Günün ikinci yarısında yaxşı məsləhət və ya son vaxtlar sizi narahat edən suala cavab ala bilərsiniz. Fəaliyyət sahəsində yaranmış çətinlikləri çözmək üçün axşam saatlarınadək aktiv olun, şansları dəyərləndirin.
Şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Açıq söhbətdən yayınmayın. Müşkülün çözüm yolunu tapmaq olar. Mənasız təmaslara son qoyun, etikasız insanla vidalaşın.
İşgüzar əlaqələri, yazışmanı, danışıqları bərpa etmək olar.
Əkizlər - günün ilk yarısında perspektivləriniz pis deyil. Ciddi işlərə başlaya bilərsiniz. Qəfil problem yaranarsa, təlaşa qapılmayın. Bir qədər fəal olun, şəraitdən maraqlarınızın təminatı üçün istifadə edin.
Hadisələr indi formalaşma mərhələsindədir. Laqeyd mövqe tutmayın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq, sizi əndişələndirən məsələni müzakirə etmək olar.
Fəaliyyətinizdə dəqiq olun. Təlimatlara və intizama riayət edin. Gözlənilməz xəbər yeni işə başlamağı qaçılmaz edir. Dəyişiklikləri optimal şəkildə dəyərləndirin.
Axşam saatlarına yaxın şəxsi münasibətlərdə gərginlik hiss olunarsa, durumu aydınlaşdırmaq üçün aqressiv addımlar atmayın.
Xərçəng - tərəfdaşlıq, kollektiv fəaliyyət xüsusi aktuallıq kəsb edəcək. Anlaşmalar və müqavilələr pis alınmayacaq. Münasibətlərdə ciddi olsanız, pozitiv nəticələr əldə edəcəksiniz.
Yaxın ətrafınızdakı insanlara işlərinizə kobud müdaxilə etməyə imkan verməyin.
Günün ikinci yarısında işlərinizin nəticəsindən bəhrələnməyi bacarın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə varmayın. Hadisələr sizinçün əlverişli məcrada inkişaf edir.
Kiçik problemlər emosiyalar burulğanı yarada bilər. Çalışdığınız insanlar tərs və inadkar mövqe tutublarsa, qapını çırpıb getməyin. Mümkün qədər çox məlumat əldə etməyə çalışın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Şir - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun.
Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar.
Yeni ideylarınız dəstəklənməyəcək.
Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın.
Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın.
Qız - çətin olsa da, maraqlı gündür. Bir dəqiqə də vaxt itirməyin. Ciddi layihə ilə yanaşı, fərdi maraqlarınızın təminatı üçün əla gündür.
Əvvəllər yaranmış anlaşılmazlıqları asanlıqla çözmək olar. Maliyyə problemlərini müzakirə edin. Təmirə, tikintiyə başlamaq olar. Praktiki işlərin həlli ilə məşğul olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə stabillik və harmoniya müşahidə olunacaq. Sentimental olmayın, səmimi davranın. Tələskənlik, aktiv ünsiyyət tələb etməyən işlərə başlayın. Fiziki işlərdə fayda var. Köhnə hobbini bərpa etmək, yarımçıq işi başa vurmaq olar.
Tərəzi - önəm verdiyiniz istiqamətdə ciddi irəliləyişə nail ola bilərisniz. Təmir, məişət və kompüter texnikasının alınması üçün yaxşı zamandır. Qonaqların qəbulunu ertələyin. Gözləntiləriniz doğrulmayacaq, tərif eşitməyəcəksiniz.
Günün ikinci yarısında eyni vaxtda bir neçə işdə əhəmiyyətli dəyişikliklər olacaq. Deməli, yeniliklər mərhələsinə qədəm qoyursunuz. Yaxın ətrafınızdakı insanlarla təmaslarda xırdaçı, sərt olmayın. Hər şey yolundadır.
Vaxtında susmağı bacarın, başqalarının fikirlərini dinləyin. Belədə baş verənlərin mahiyyətini daha yaxşı anlayacaqsınız. Kollektiv fəaliyyət daha optimaldır.
Əqrəb - səfər və ya səyahət üçün münasib zamandır. Yeni informasiya, faydalı məlumatlar əldə etməyə çalışın. Bilik və bacarıqlarınızı artırın. İlkin təəssüratlara aldanmayın. Yaxın ətrafınızdakı insanlar sizi yalnız özünü düşünən insan kimi tanımamalıdır.
Vədlərə əməl edin.
Dəyər verdiyiniz insanların problemləri ilə maraqlanın.
Günün ikinci yarısında bu şəxslərə yardım edin.
Rəqibləri gözdən qoymayın. Onların nöqsanlarından və zəifliklərindən yararlanın.
Oxatan - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin.
Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır.
Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin.
Nə istədiyinizi müəyyənləşdirin.
Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil.
Oğlaq - duruma tam nəzarət edin. Ətrafınızdakı insanlarla təmaslarda səmimi, qayğıkeş olun. Onları narahat edən məsələlərlə maraqlanın. Zərurət yaranarsa, dəyər verdiyiniz insanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün gərəkli addımları atın.
Günün ikinci yarısında tənqidlərə fikir verin, amma bildiyiniz kimi davranın. Önəmli məsələ ilə bağlı fəaliyyəti yarımçıq qoymayın. Şərik və ya tərəfdaşın razılığını alandan sonra məqsədləri dəqiqləşdirin.
Ziddiyyətləri həll edəndə əksliklərin vəhdətini unutmayın. Maksimal uğur əldə edə biləcəyiniz yönü seçin. Böyük işə hazırlaşın.
Dolça - hüquqlarınız məhdudlaşa bilər. Maraqlarınızın tapdanmasına imkan verməyin. Başqalarının görəcəyi işi sizə həvalə etmək istəyənlərə mane olun. Münasibətlər güzəştlər, qurban və qayğı tələb edir.
Təmirə və ya fəaliyyət sahəsində nizamlanma işlərinə başlamaq olar.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarınızda ciddi dəyişikliklərə təkan verəcək hadisə baş verəcək. Qəbul etdiyiniz qərarlar çərçivəsində mütləq şəkildə çalışın. Vədlərə əməl edin.
Görüşlərin praktiki faydası var. Vacib işi yarımçıq qoymayın. Fiziki işdən qaçmayın. Bu minvalla stressdən qurtula bilərsiniz.
Romantik hisslər ertələnməlidir.
Balıqlar - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.
Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.
Milli.az
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan