Abdullah Gül: ?Cənubi Qafqazda mövcud vəziyyət heç kimin mənafeyinə cavab vermir?

img

02-10-2010 [11:48]


Türkiyə Prezidenti Abdullah Gül Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışındakı nitqində Cənub Qafqazdakı mövcud vəziyyətin heç kimin mənafeyinə uyğun olmadığını vurğulamışdır. Onun sözlərinə görə, bu səbəbdən Türkiyə özünün və Azərbaycanın Ermənistanla mövcud olan problemlərinin həlli istiqamətində səylərini davam etdirir. Abdullah Gül Yaxın Şərq və İran kimi beynəlxalq arenada aktual olan problemlərin həlli üçün də Ankaranın səylər göstərdiyini söyləmişdir. Tehranın nüvə proqramı ilə bağlı problem Beynəlxalq Atom Enerjisi Agentliyinin xətti ilə nizama salınmalıdır. Eyni zamanda, hər bir ölkə İranın sülh məqsədli nüvə fəaliyyətinə hörmətlə yanaşmalıdır. Türkiyə İraqda on il əvvəl baş vermiş hadisələri yaxşı xatırlayır və öz sərhədlərində heç bir müharibənin olmasını istəmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA