Azərbaycanda aktrisa mədəsini tamamilə götüzdürüb: “Bəli, mədəmi çıxartdırdım"

img

03-04-2018 [19:21]


Əməkdar artist Tünzalə Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirdiyi ilə bağlı açıqlama vermişdi.

Mia.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, aktrisa əməliyyat zamanı mədəsini tamamilə götüzdürüb.

T.Əliyeva əməkdaşımızla söhbətində bunu təsdiqləyib. O, hazırda mədəsiz olduğunu bildirib:

"Mədəmi tamamilə çıxartdırdım. Onun əvəzinə çeçələ barmaq böyüklüyündə bir borucuq qalıb. İndi həkimlər çalışır ki, onun həcmini bir az böyütsünlər. Əvvəl yalnız bir ədəd yarpaqdolması yeyə bilirdim. Gün ərzində istədiyimi yeyə bilərəm, amma az miqdarda. Çox yeyə bilmərəm, qaytarıram. Arıqlamağım davam edir, hər şey yaxşıdır”.

"Toppuş bacı” ləqəbli aktrisa  yaradıcılığından da danışıb. Əliyeva rejissorların onu filmlərə dəvət etməməsindən gileylənib: "Mənim üçün də maraqlıdır ki, rejissorlar niyə mənə rol vermirlər? Heç bir filmdən təklif almıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA