27-03-2018 [10:47]
"Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür:
"Ermənistanın işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.
Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı özü bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır.
Buna baxmayaraq, işğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması, talan və məhv edilməsi halları dəqiqliklə müəyyən olunub.
Beləliklə, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib və vandalizm obyektinə çevirib.
Cəbrayıl rayonunda 17-ci əsrə aid məscid kompleksi, Şuşa şəhərində 18-ci əsrə aid Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, XIX əsrə aid Ağdam məscidi nəinki dağıdılıb və talan edilib, donuz və mal-qara yerləşdirməklə tövlə edilib və təhqir obyektinə çevrilib. Həmçinin, Şuşa şəhərində Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb və talan edilib.
İşğal olunmuş Xocalı, Kəlbəcər, Laçın, Xocavənd və digər rayonlarda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektur xüsusiyyətləri dəyişdirilərək erməni kilsə abidələri kimi təqdim edilir. Kəlbəcər rayonu ərazisində yerləşən orta əsrlərə aid Gəncəsar və Xudavəng alban xristian kilsələri xüsusilə qeyd edilməlidir.
2003-cü ildən etibarən Azıx mağarasında və Ağdam ətrafında qeyri-qanuni arxeoloji qazıntılar aparılır.
Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı” və ya "Xan sarayı” adlı saraylar kompleksi də vardır. Yerevandakı Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.
Mədəniyyət və Turizm Nazirliyi və XİN tərəfindən "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı müfəssəl hesabatlar hazırlanaraq YUNESKO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub.
Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015, 2016 və 2017-cı illlərdə Küveyt Dövləti, Özbəkistan və Kotdivuarda keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub.
XİN və MvTN işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə fakt-araşdırıcı missiyanın təşkil olunması məsələsini beynəlxalq səviyyədə dəfələrlə qaldırıb. Maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vəhşiliklərə görə daşıdığı məsuliyyətini dərk edən Ermənistan hər bir vəchlə buna imkan vermir. Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin yanvar ayında YUNESKO Baş katibi Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüşü zamanı YUNESKO-nun işğal olunmuş ərazilərimə fakt araşdırıcı missiyasının göndərilməsini məsələsini bir daha qaldırıb.
Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.
Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır.
XİN və MvTN birgə səylərlə Ermənistanın işğal olunmuş ərazilərimizdə, o cümlədən Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi maddi-mədəni irsə qarşı vandalizm əməllərini beynəlxalq səviyyədə təqdim etməkdə davam edəcək".
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı
İRANA HÜCUM QƏRARI VERİLMƏYİB: "Bizimlə danışıq gedir" - Hindistan İrana arxa çevirdi, Tramp Çinə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA
"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: "Heç belə bir məsələni soruşarlar?" - "Sualı Vəliyə, Turala verin"
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb