27-03-2018 [08:13]
Qoç - bu yaxınlarda başladığınız işi uğurla başa vurmaq üçün var qüvvənizlə çalışın. Yorulmağınız istisna deyil. Lakin ruhdan düşməyin, ətalətə qapılmayın, süst olmayın.
Mühüm işi yarımçıq qoysanız, narazılıq və natamamlıq hissləri sizi uzun müddət təqib edəcək.
Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq. Hadisələrə daha nikbin baxacaqsınız.
Yaxın dost və ya sevdiyiniz insanla ciddi mövzunuzu müzakirə etmək istəyəcəksiniz. Uğurlarınız və ya əldə etdiyiniz nəticələrin dəyərləndirilməsini istəyiriniz.
Axşam saatlarında ailə üzvləri ilə səmimi və həssas davranın.
Buğa - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın.
Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.
Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək.
Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın.
Əkizlər - tez və dərhal qazanc götürməyə, mənfəət əldə etməyə çalışmayın. Belə olarsa, bel bağladığınız gəlirdən ən son anda məhrum ola bilərsiniz.
Yol verdiyiniz səhvləri sıralamayın, yanlış davranmayın, tələsik və emosional qərarlar verməyin. Borc almaq və ya sərt qənaət rejiminə keçmək istəmirsinizsə, emosional olmayın, soyuqqanlı çalışın və deyilənlərə diqqətlə qulaq asın. Hər məsləhətə uymayın.
Axşam saatlarında dostlarla görüşün, gəzintiyə çıxın. Xəbər, mesaj və ya məktub ala bilərsiniz.
Söhbət zamanı gələcək planları müzakirə edin.
İşdə və ya şəxsi münasibətlər müstəvisindəki uğursuzluqlardan danışmayın.
Səhhətdəki problemlər müzakirə mövzusu deyil.
Xərçəng - mütləq şəkildə niyyətinizə çataraq planınızı reallaşdırmağa çalışın. Cəsur, məqsədyönlü, ağıllı və məntiqli olun. Aktiv çalışın, irəliləyin, yerinizdə saymayın, süst və ətalətli olmayın.
İş başa çatandan sonra bir qədər dincəlmək, gərginlikdən qurtulmaq, istirahət etmək olar. Sakit, aram yaşam aramayın. Ciddi problemləri həll etməsəniz, nigaranlıq, qıcıq, uğursuzluğa düçar olacaqsınız.
Axşam saatlarında alış-verişdə diqqətli olun, aldığınız nəsnələrin keyfiyyətini və istifadə müddətini yoxlayın.
Şir - gün ərzində emosional məzmunlu addımlar ataraq düşünülməmiş qərarlar qəbul etməyin. Günün iknci yarısında diplomatik davranın, özünütənqidi unutmayın.
Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara gözəl estetik zövqünüzün olduğunu göstərin.
Xoşlanmadığınız insanın diqqəti, hətta "hədiyyə" vermək cəhdi ilə üzləşə bilərsiniz.
Axşam saatlarında rahatlıq arasanız da, ilk əvvəl narahatlıqla qarşılaşacaqsınız.
Səfər, təhsil, ünsiyyət, internetdə yazışma üçün əlverişli vaxtdır.
Emosiyalarınıza hakim olun.
Qız - nəyin bahasına olursa olsun, başlanmış işi başa vurun. Gərgin və emosional şəraitdə riskli addımlar ataraq müstəqil qərarlar qəbul edin.
İncikliyə vaxt sərf etməyin, əks təqdirdə işlər xoşagəlməz məcraya yönələcək. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər, yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq.
Əlaqələrlə ünsiyyətlərin bəzi qisminin virtuallaşacağı istisna deyil.
İnternetdə yazışmağa xeyli vaxt sərf edə bilərsiniz.
Şəxsi münasibətlərdə perspektiv və şanslarınızı dəqiqləşdirin, əvvəlki ssenariyə dəyişikliklər edin.
Tərəzi - məqsədə yalnız maneələri dəf etməklə çatmaq mümkündür. Aktiv olun, planların həyata keçirilməsi prosesində əsla geri çəkilməyin, kimsəyə güzəştə getməyin, qətiyyətli və iradəli davranın.
Yalnız bu minvalla peşəkarlığınızı sübut edərək mübahisədə qalib gələ bilərsiniz. İşdə həmkarınızın qeyri-adekvat davranışı və rəhbərin qəzəbi ilə qarşılaşacaqsınız.
Günün sonlarında əylənmək, istirahət etmək, stresslərdən qurtulmaq istəyəcəksiniz. Yalnız bir şərtlə: ideyalar, emosiyaları, pulları bədxərcliklə sərf etməyin.
Əqrəb - yaranan şərtlər situasiyanı formalaşdırır. Rahat və harmonik yaşama nə qədər can atsanız da, şərtlərlə barışmaq məcburiyyətindəsiniz.
Gərgin iş qrafikində çalışmağa hazır olun.
Münaqişəni çözün, tapşırığı və sifarişi yerinə yetirin, başlanmış işləri başa vurun.
Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır.
İş rejimi ağır olsa da, ailə üzvlərinin maraqlarının təminatını və onların tələblərinin yerinə yetirilməsini unutmayın. Şəxsi tələbatlarınız, planlarınız və prinsipləriniz iş rejimi ilə problemlər yarada bilər.
Axşam saatlarında dincəlin.
Oxatan - mövqelərinizi qorumaq və irəliləyişə nail olmaq üçün hisslərinizə nəzarət edin. Qorxu, qəzəb, qısqanclığın öhdəsindən gəlin. Belə hisslər uğur şanslarınızı azalda bilər.
Günün ikinci yarısında intellektual imkanlarınızı, yumor hissinizi nümayiş etdirmək, yeni ideya və xəbərləri bölüşmək, bacarıqlarınızdan başqasının bəhrələnməsinə imkan yaratmaq şansları olacaq.
Dostdan və ya qohumdan xəbər alınacaq. Emosiyalar yox, məntiqə istinad edin.
İdeyaları yeniləyin, amma hisslərlə oynamayın.
Oğlaq - bədxahın avantürasına, rəqibin yaramazlığına, işlərin çətinləşməsinə hazırlaşın. Seçim imkanlarınız çox məhduddur, çünki baş verənlərin təşəbbüskarları başqalarıdır.
Qalmaqallara qatılmayın və münaqişələrdən uzaq durun. Yalnız maraqlarınıza təhlükə olarsa, mənafeləriniz zərbə altında qalarsa və ya hüquqlarınız tapdalanarsa, irəli atılın.
Günün ikinci yarısında müstəqil olun. Şəxsi münasibətlər, peşəkar müstəvidə və ya maliyyə məsələlərində səhvə yol verməmək üçün tempi aşağı salın, hövsələsizlik və tələskənlik etməyin, nevroz olmayın.
Ən effektiv "silah"ınız strateji davranışdır. Ehtiyatlı, uzaqgörən, hesablı olun.
Dolça - günün ilk yarısından etibarən qətiyyətlə irəliləyin, əzmli və inadkar olun. Sizdən asılı nə varsa, yerinə yetirin. Sükan arxasında, yolda, ictimai nəqliyyatda ehtiyatlı olun.
Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.
Günün ikinci yarısı sizə sınaq hazırlayır.
Bədbinlik, yaxın insanlardan birindən bədgümanlıq, şəxsi münasibətlərdə peşmançılıq, işdə qüssə mümkündür.
Mühüm qərarların qəbulu üçün uğursuz vaxtdır. Səbəb isə yaşananlara çox bədbin münasibət bəsləməyinizdir.
Balıqlar - gün ərzində hissləriniz sınağa çəkiləcək. Hətta ən sakit adam olsanız belə, qıcıqlana və hirslənə bilərsiniz.
Şəxsi münasibətlərlə yanaşı, işgüzar, maliyyə, peşəkar sahələrdə münaqişələr istisna deyil.
Ən destruktiv hisslər hirs, qısqanclıq, habelə işgüzar rəqabət və emosional qarşıdurma olacaq.
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil.
Hisslər, adətlər və borc duyğusu məcrasında qarşıdurmalar ola bilər.
Münaqişələri pul, hədiyyə və ya tərif vasitəsilə həll etməyə çalışmayın.
Milli.Az
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb