Sumqayıt sakini arvadının üstünə benzin tökərək yandırdı

img

28-09-2010 [03:03]


Sumqayıt şəhərində cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-də Sumqayıt şəhərində yaşayan Tofiq Mahmudov mənzilində sərxoş halda ailə münaqişəsi zəminində arvadı Qəndabın üstünə benzin tökərək onu yandırıb. Nəticədə mənzilin qapı çəçivəsi və 1 ədəd xalça yanıb. Yanıq xəsarəti alan Qəndab isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Sumqayıt şəhər polis iradəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Mahmudov tutularaq istintaqa verilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA