Xalq artisti Rasim Balayev: "Depressiya ilə bağlı da dərmanlar qəbul edirəm"

img

13-03-2018 [13:36]


Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Bu barədə Report-a açıqlama verən xalq artisti bildirib ki, havaların dəyişməsi ona pis təsir edib:

"Havalar yaxşı idi deyə nazik geyinirdim. Buna görə də soyuqlamışam. Amma mmüalicələrimi davam etdirirəm. Depressiya ilə bağlı da dərmanlar qəbul edirəm. Yəni, hər şeydən bir az var. Özümü yaxşı hiss etmirəm”.

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA