13-03-2018 [09:00]
Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil.
Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz.
Uzaqdan mühüm məlumat alacaqsınız. Sualınızı cavablayacaq insan özü də bilmədən mübhəm məqamlardan birini aşkarlayacaq.
Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin.
Günün ikinci yarısı asılılıq, köhnə əşyalar və ya mənasız əlaqələrdən qurtulmaq, yaşamınızda yük olan nəsnədən uzaqlaşmaq zamanıdır. Yeni dəyərlər əldə etmək həmişə yaxşı olmur.
İntuisiyanıza qulaq asın. Ailə üzvlərinə təzyiq göstərməyin. Pressinq zamanı deyil.
Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.
Qüvvələrinizin artımından yararlanıb ciddi üstünlüklər əldə etmək üçün qətiyyətli olun.
Ruhdan düşməyin, əsla geri çəkilməyin.
Günün ikinci yarısında emosiyalara aldanaraq düşünülməmiş qərar verməyin. Təsadüf olmayan "təsadüf" yaşana bilər. Həyat sizi seçim qarşısında qoyursa, praqmat olun. Təzyiqlərə sinə gərin.
Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.
Günün ikinci yarısında işlərdə irəliləmək üçün yeni ideyalara ehtiyac var. Planlarınızı reallaşdırmaq üçün sınanmış metodlardan istifadə edin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.
Axşam saatlarında normal istirahət etmək olar.
Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın.
Günün ikinci yarısında önəmli məsələnin həllində kreativ olun. Çoxlu iş görə bilərsiniz. Ailə üzvləri ilə təmaslarda iradları unudun. Tənqidi ertələyin. Səhhətinizə fikir verin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər.
Günün ikinci yarısında taktikanızı dəyişin. Planlar yeniliklər tələb edir. Hisslərinizdə qarışıqlıq yaratmayın. Cari situasiyanın çərçivəsində hərəkət edin, aktivlikdə ifrata varmayın. İşgüzar əlaqələriniz və şəxsi münasibətlərinizin olduğu insanlarla qayğıkeş olun.
Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu qulaqardına vurmayın.
Tapşırıq və öhdəliklərlə bağlı yalnış mövqe tutmayın. Yaxın ətrafınızdakı insanların istədiklərini yox, zərurət duyduğunuzu edin. Etibar etdiyiniz insanlarla işləyin. Dözümlü, səbrli olun. Axşam saatlarında maliyyə məsələlərində sayıqlıq lazımdır.
Yalanlar artır.
Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən qaçırmayın. Mühüm informasiya nüanslardadır.
Günün ikinci yarısında maliyyə risklərinə, avantüralara başlamayın. Yaxşı tanımadığınız insanlara inanmayın. Nüfuzunuza zərbə vura biləcək situasiyaya düşə bilərsiniz. İntriqa ustalarından biri sizə qarşı məkrli plan hazırlayır.
Hadisələr anlamadığınız ssenari üzrə inkişaf edir.
Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar. Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna deiyl.
Məişət işlərində travma, zədə, yanıq riskləri artır.
Günün ikinci yarısında bir işi yarımçıq qoyub başqasına başlamayın. Mühüm məsələ ilə bağlı fikrinizi qəflətən dəyişməyin. Hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Sizi harasa dəvət edirlərsə, bu, xərclərlə bağlıdır.
Emosiyalara uymayın.
Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin. Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz gərəkən məqamları seçin.
Günün ikinci yarısı təşəbbüskar olmaq, yeni işlərə başlamaq, tələskənlik etmək, zərurət olmayan yerdə aktivlik etmək gərək deyil. Daxili narazılıq münasibətləri partlayış həddinə çatdıra bilər. Proseslərin ənənəvi axarını pozmamaq üçün müdrik olun.
Yaxın gələcəyinizi diqqətlə planlaşdırın.
Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi vaxtında görməmək riski yaratmayın.
Günün ikinci yarısında problemin həllinin fərdi axtarışları ilə müqayisədə kollektiv müzakirələr daha faydalıdır. Maraqlandığınız məsələ ilə bağlı durum dumanlıdır. Mövqelərinizin təhlükəsizliyini təmin edin. Maddi dəyərləri qoruyun. Münasibətlərdə heç nəyi korlamayın.
Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin, məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə irəşliləyişlərə səbəb olacaq.
Günün ikinci yarısında qeyri-müəyyənlik yükündən qurtulacaqsınız. Hisslərin əsarətinə düşməyin. Maraqlara yenidən baxmaq, istiqamətləri təhlil etmək üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmasları artırın.
Seçim edin, üstünlükləri qiymətləndirin.
Milli.az
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib