11-03-2018 [22:47]
Türkiyənin Ərzurum şəhərində Azərbaycan Cumhuriyyətinin və Ərzurumun Qurtuluşunun 100-cü İli qeyd olunub. Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasiya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbəsinin birgə keçirdiyi "100-ümüz özümüz bir" adlı proqram Narmanlı Məscidindən İbrahim Erkal Sənət Mərkəzinə qədər təntənəli nümayiş yürüşü ilə başlayıb.
Mia.az xəbər verir ki, yürüşə TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş, Eko Avrasiya Dərnəyi sədri Hikmet Eren, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Ak Partiya Ərzurum Millət Vəkili İbrahim Aydemir, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və çox sayda vətəndaş qatılıb.
Yürüşün ardından İbrahim Erkal İncəsənət Mərkəzində "100-müz Özümüz Bir" adlı tədbir keçirilib. Mərasim şehidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ve ardından Türkiyə və Azərbaycan Cümhuriyyetlərinin himnlərinin səsləndirilməsi ilə başlayıb.
"100-müz özümüz Bir” devizi altında keçirilən Cümhuriyyət şöləninə Erzurum valisi Seyfeddin Ezizoğlu, Ərzurum Böyükşəhər bələdiyyə sədri Mehmet Sekmen, TDED Ərzurum şöbəsinin sədri Murat Ertaş, Azərbaycan Ankara səfriliyinin Ramil Qurbanov, Dünya Azerbaycanlıları Konqresi sədri Asif Qurban, Azərbaycan Cümhuriyyəti Qars baş konsulu Nuri Quliyev, EkoAvrasya dərnəyi sədri Hikmet Eren, Azərbaycan Milli Məclisi deputatı Qenirə Paşayeva, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Akpartiya bölgə sədri Mehmet Emin Öz və başqaları iştirak edib.
Toplantının açılış çıxışını edən TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş, Ərzurumun taleyi ile Azərbaycanın taleyinin bir çox cəhətdən ortaq olduğuna diqqət çəkib. TDED Ərzurum Şöbəsinin Sədri Murat Ertaş çıxışına belə davam edib: "İllərdir ifadə edirik, Ərzurum sadəcə, bir şəhər deyil, vətəndir. Prof.Dr. Murat Küçükuğurlunun son müşahidələrinə görə, Ərzurumun ətrafında 50-nin üzərində istehkam vardır, yəni dövrün qalası. Bir şəhər 50 qala ilə qorunur mu? Demək ki qorunan sadəcə bir vilayət deyil, bütün bir Anadolu və paytaxtdır, vətəndir. Bu halda Ərzurumun qurtuluşu hər hansı bir şəhərin, rayonun düşmən işğalından qurtuluşu kimi istifadə dəyərləndirilməməli. Elə bu səbəbdən Ərzurum vətəndir - deyirik. Ərzurum Anadolunun şərqdəki can boğazıdır.
Bizim "Türk eli dediyimiz Qafqazın Anadoluya bağlandığı əldir Ərzurum. Bu əl 1916-cı ildə yerə düşdüyü zaman Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti bu əli tutub qaldırmışdır. Ərzuruma ərzaq və insan yardımı daşıyan cəmiyyətin heyət sədri Gəncəli Seyidov Ərzurumda ermənilər tərəfindən şəhid edilmişdir. Azərbaycan ilə bizim yalnız 100-müz özümüz yox, qanımız canımız da, sazımız, avazımız da, taleyimiz də birdir. Bu il tədbirlər bu baxımdan əzbəri pozan tədbirlər olacaqdır. 12 Mart ilk dəfə belə qeyd olunacaq, bundan əlaqədar olaraq, Ərzurum böyükşəhər Bələdiyyə sədri Cənab Mehmet Sekmenə təşəkkür edirik. Tarix 100-cü ili, tədbirlərini, Cənab Mehmet Sekmeni yaxın gələcəkdə yazacaq".

Eko Avrasiya Dərnəyinin Sədri Hikmet Eren: "Türkiyə İlə Azərbaycan yüksək səviyyəli strateji əməkdaşlıq içərisindədir.” "Ortaq tarixi və keçmişi olan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hər sahədə "Qızıl Dövrünü” yaşayır. Prezidentlərimizin həmsədrliyi ilə "Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Konseyi"-nin yaranması və toplantıların ardıcıl şəkildə həyata keçirilməsi əlaqələrimizin daha sağlam bir zəmində getməsini təmin etmişdir. Dünyada ikinci bir örnəyi olmayan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin, başda enerji sahəsində olmaq üzrə bir çox sahədə mərhələli şəkildə irəliləmiş olmasının qürurunu yaşayırıq. Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsi regional əməkdaşlıq imkanlarımızın ən yüksək səviyyədə istifadə edildiyinin bir nişanəsidir. Azərbaycan və Türkiyə arasında beş əsrdə əldə edilmiş uğur və birləşmə, sarsılmaz olan qardaşlıq əlaqəmizin sanki bir dəmir halqaları deməkdir. Bundan sonra da ölkələrimiz arasındakı qardaşlıq bağı daha da, möhkəmlənəcək və yüksələn xətlə inkişaf etməyə davam edəcəkdir. Bizlər də mövcud olan bu əlaqələrə töhfə vermək məqsədilə etmiş olduğumuz missiya adına fəaliyyətlər icra etmək üzrə hal-hazırda Ərzurumda olmaqdayıq".
EkoAvrasya sədri Hikmet Eren eyni zamanda, Məmməd Əmin Rəsulzadenin "Bir kərə yüksələn bayraq, bir daha enməz”, Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət”, Azərbaycan Cümhuriyyəti prezidenti İlham Əliyevin "Türkiyə ve Azərbaycan bir-birinin yanındadır” şüarlarını səsləndirib.
Azərbaycan Millət Vəkili Qənirə Paşayeva da Azərbaycan ilə Anadolu Türklərini bir-birindən ayırmadığını bildirib. Tarixə nəzər saldıqda Ərzurumun Türklərin önəmli qalası mövqeyində olduğunu dilə gətirən Paşayeva hər iki milli himnimizi bərabər oxumayan adamlar buraya gəlməsin, deyə bildirib: "Biz hər zaman bir millət, iki dövlət deyirik, demək ki, bu himnin ikisi də bizim himnimizdir. Hər iki himni bizlər sevə-sevə və ürəkdən oxuyamalıyıq. Çünki bu musiqilərimizin ikisi də mürəkkəblə deyil, on minlərlə şəhidimizin qanı ilə yazılmışdır".
Paşayeva, "Zeytun budağı" əməliyyatında mübarizə edən əsgərlərə də salam göndərərək, şəhidlərə Allahdan rəhmət, qazilərə təcili şəfa diləyib.
Rəsulzadənin bəhs etdiyi bayrağın, Azərbaycan türklərinin azadlığını və azadlığının nişanı olaraq hələ də sərbəst dalğalandığını ifadə edən Erzurum valisi Seyfeddin Ezizoğlu fikrini belə ifadə edib: "Çox böyük oyunlarla üzləşirik. Dünyanın bütün orduları, tankları, təyyarələri, gəmiləri ilə birlikdə üstümüzə gəlsələr, bütün məzlum millətlərin yeganə istinatgah-ı olan Türkiyə Cümhuriyyəti Dövlətini və bu böyük əziz Türk millətini heç bir müstəvli əsir edə bilməz, bunu bütün dünya belə bilsin."
Ərzurum Böyükşəhər Bələdiyyə sədri Mehmet Sekmen də, Bakıya Ankaradan daha yaxın olduqlarını ifadə edərək, iki ölkə arasındakı tarixi və mədəni əlaqələrin əhəmiyyətinə işarə etdi. Sekmen, iki ölkə arasındakı əlaqələrin, dostluq davamı üçün səy göstərən hər kəsə təşəkkür edib.
Ülkər Piriyevanın aparıcılığı ilə keçirilmiş "100-müz Özümüz Bir” adlı Cümhuriyyət mərasimində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçirdiyi ağır və şərəfli yol, o cümlədən süqutu, onun nəticələri, həmçinin 1918-ci ildə erməni işğalından azad edilənə qədər erməni silahlılarının Ərzurum bölgəsində dinc əhaliyə divan tutması barədə ətraflı məlumat verilib.

Sonda Ərzurumun mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılmöası xüsusunda, Türkiyə və Azərbaycan tarixi qardaşlığına etmiş olduqları qatqılardan dolayı EkoAvrasya dərnəyi tərəfindən Ərzurum Böyükşəhər Bələdiyyə sədri Mehmet Sekmenə, Ərzurum valisi Seyfeddin Ezizoğluna, Azerbaycan Cümhuriyyeti Ankara səfirliyinə "Avrasiya Xidmət Nişanı” təqdim edilib.
Ülkər Piriyeva
Ankara
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı
İRANA HÜCUM QƏRARI VERİLMƏYİB: "Bizimlə danışıq gedir" - Hindistan İrana arxa çevirdi, Tramp Çinə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA
"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: "Heç belə bir məsələni soruşarlar?" - "Sualı Vəliyə, Turala verin"
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb