?Qarabağ? Suraxanı stadionunu 20 illiyinə icarəyə götürür

img

24-09-2010 [04:37]


Ağdamın ?Qarabağ? klubu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu 20 illik müddətə icarəyə götürür. Qol.Az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı tərəflər arasında bütün məsələlərdə razılığa gəlinib. Yaxın 7-10 gün ərzində stadionun bütünlükdə ?Qarabağ?ın nəzdinə verilməsi ilə bağlı rəsmi müqavilənin imzalanacağı gözlənilir. Qeyd edək ki, bundan sonra ?Qarabağ? klubu rəhbərliyi stadionda əsaslı yenidənqurma işlərinə başlayacaq. Arenanın Avropa standartları səviyyəsinə çatdırılması, eyni zamanda klub üçün müasir bazanın tikilməsi nəzərdə tutulub. Stadion tam hazır vəziyyətə gətirildikdən sonra ?Qarabağ? bütün ev oyunlarını məhz bu arenada keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR