Əsəd Türkiyənin xəbərdarlığını saymadı, Afrinə ordu göndərdi - Suriya prezidentindən mesaj

img

05-03-2018 [12:06]


Suriya prezidenti Bəşər Əsəd Türkiyənin əməliyyat keçirdiyi Afrinə rejimin hərbi qüvvələrini göndərdiklərini etiraf edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Bəşər Əsəd Afrinə son günlər gedən hərbi qrupların rejimə bağlı olan dəstələr olduğunu açıqlayıb: "Xalq güclərinin (Bu ad altında olan hərbi dəstələr birbaşa Əsədə bağlı olan qeyri-rəsmi birlikdir- mia.az) Afrinə girməsi olduqca normaldır. Xaricilərin təhdidi müzakirə mövzusu olduğu halda, bütün hərbi dəstələr birlik içində olmağa məcburdur. Suriyadakı bütün dəstələrin bir olması vacibdir".

Xatırladaq ki, rəsmi Ankara dəfələrlə bəyan edib ki, Əsəd ordusu və ona bağlı olan dəstələr Afrinə girərsə, Türkiyənin qarşısını heç kəs kəsə bilməz: "Əgər Əsəd rejimi YPG-yə dəstək üçün Afrinə girirsə, ordumuzun qarşısında kimsə dura bilməz".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA