05-03-2018 [08:55]
Kürdüstan Demokratik Partiyasının (KDP) sədri olaraq vəzifəsini icra edən Məsud Bərzani 1991-ci ildə İraq lideri Səddam Hüseynə qarşı kürdlərin başlatdığı üsyanın 27-ci ildönümü ilə bağlı xalqa və kürd əşirətlərinə müraciət ünvanlayıb.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Bərzani müraciətində İraq parlamentinin kürd siyasi partiyalarının boykot etdiyi iclasında səs çoxluğuyla qəbul edilən yeni büdcə layihəsinin əleyhinə çıxıb.
O, yeni büdcənin ittifaq, ortaqlıq, balans və konstitusiya haqları kimi bağlılıqlarla bir araya sığmadığını bildirib. Əlavə edib ki, yeni büdcə layihəsində Kürd Muxtariyyəti və xalqı məqsədli şəkildə "gözdən çıxarılıb".
Daha sonra Bərzani İraq mərkəzi hökumətinə ultimatum verib: "Artıq İraq Kürd Muxtar Vilayətindəki bütün tərəflərin bir araya gəlib, İraq mərkəzi hökumətinə və parlamentinə birgə cavab vermə vaxtı çatıb. Bunun üçün də bütün maraqlı tərəflər vəziyyətə uyğun ortaq qərar verməlidir".
Xatırladaq ki, İraqda siyasi böhrana səbəb olan 2018-ci ilin Dövlət Büdcəsi dünən səs çoxluğu ilə qəbul edilib. Kürd deputatlar isə layihəyə etiraz olaraq, dünən parlamenti boykot ediblər.
Yeni qəbul edilən və "kəmərsıxma büdcəsi" kimi izah olunan büdcə layihəsində Kürd Muxtar Vilayətinə ayrılan vəsaitlər ötən illə müqayisədə 12,6 faiz həcminə endirilib.
Qeyd edək ki, "müstəqillik referendumu"na qədər kürdlərə büdcədən 17 faiz pay ayrılıb. Eyni zamanda, neft nəqli, quyularından çıxarılan neft məhsulları, hava limanları və sair kimi sahələrdən əldə edilən gəlirlər də rəsmi Ərbilin sərəncamında olub.
Referendumdan sonra İraq mərkəzi hökuməti ilə yaşanan böhrandan sonra Bərzani vəzifəsindən getməyə məcbur qalıb, üstəlik qeyd edilən gəlirlər də Ərbilin əlindən çıxıb. İraq hakimiyyəti isə büdcədən payı azaltmaqla, görünür, kürdlərin yenidən toparlanmasından hələ də ehtiyatlanır.
Onu da qeyd edək ki, "müstəqillik referendumu"ndan sonra baş verən təzyiqlərdən sonra Məsud Bərzani vilayət parlamentinin sədri postundan istefa vermək məcburiyyətində qalmışdı. O vaxtdan o rəsmi Ərbilin siyasi gündəmi ilə bağlı hər hansı bir açıqlama vermirdi.
Mia.az
Rəsmi Tehran ABŞ-la dialoq yolunu qapatdı: "Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq"
Şahin Mustafayev Təbriz və Culfa şəhərlərində olub
İsrail Qəzzanı atəşə tutub - Daha 33 fələstinlini öldürülüb
“Azercell” qanvermə aksiyası keçirdi - FOTOLAR
İlhamə Elşadqızına 3 il cəza kəsilib
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
EBRD Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
CHP-nin İstanbul təşkilatına konfrans keçirmək qadağan olunub
Joze Mourinyo uğursuzluq zolağından çıxa bilmir
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Əli Əsədov qərar imzalayıb
"Həkimlər bir müddət gözləməyi məsləhət görüblər"
Zərdabda iki nəfər saxlanılıb
Tramp müsəlman ölkə liderlərini topladı, Ərdoğanla yan-yana oturdu: "Qəzzada müharibəni bitirəcəyik" - Türkiyə lideri "Məmnunuq" deyir
Çili prezidenti: "Netanyahu mühakimə olunmalıdır"
Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edib
Müəllimlər Günü pul yığılacaq? - Açıqlama
Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Mehriban Əliyeva İlham Əliyevlə Trampın səmimi dialoqunu əks etdirən video paylaşdı - VİDEO
TRAMP AVROPA ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ: "Rusiya qırıcılarını vurun"
Ali Koça 2 milyon cərimə kəsilib
İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşdü - Nələr müzakirə edilib? (FOTO, YENİLƏNİB)
İtaliya Kuboku: "Kalyari" və "Udineze" növbəti mərhələyə keçdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi: "Lazımı səviyyədə deyilik"
İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO
MHP sədri ABŞ-da olan Ərdoğana zəng edib
Rəsmi Tehran Qərblə danşıqların dirəndiyini açıqladı: "Hansı bir iranlı bunu qəbul edər?"
Putinin sözçüsündən Polşanın təhdidinə cavab: "Əsassızdır"
MEDİA: "Türkiyə mediasında bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur"
BMT Baş katibi iclasda: "Dünya dağılmağa doğru gedir"
AIIF 2025: Azərbaycana 10 milyard dollardan çox investisiya cəlb olunub - Mikayıl Cabbarov açıqladı
CHP liderindən növbəti dəfə şikayət olunub