Tramp Avropanı hədələdi: "Əgər maneələri daha da artırmaq istəyirlərsə, o zaman..."

img

04-03-2018 [13:30]


ABŞ-a gətirilən Avropa avtomobillərinə vergi qoyulacaq.

Bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Əgər Avropa İttifaqı orada çalışan Amerika şirkətləri üçün onsuz da böyük olan tarifləri və maneələri daha da artırmaq istəyirsə, biz onların ABŞ-a sərbəst gətirilən avtomobillərinə vergi qoyacayıq".

Qeyd edək ki, hazırda ABŞ Avropa avtomobillərinin satışı üçün ən böyük bazardır. Avropa İttifaqında istehsal olunan avtomobillərin 25 faizi ABŞ-a gedir. Avropa avtomobillərinin ABŞ-da satış həcmi ildə 237 milyard dollar təşkil edir.

ABŞ-a gedən Avropa avtomobillərinin yarısı Almaniyada istehsal olunur. Beləliklə, vergi tətbiq olunarsa ən böyük zərər Almaniya şirkətlərinə dəyəcək/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA