Türkiyə ordusu Racu bölgə mərkəzini də ələ keçirdi, PYD Afrinin mərkəzinə doğru qaçır - Əməliyyat davam edir

img

03-03-2018 [12:05]


Türkiyə ordusu bu gün səhərdən etibarən Afrində daha bir bölgə mərkəzini və iki kəndi PYD terrorçularından təmizləyib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə çox strateji ərazi olan Racu  bölgə mərkəzini ilə yanaşı,  Ramadiyyə və Hamilek kəndlərini də terrorçularından azad edib: 

"Bundan başqa bir neçə strateji təpəlik də terrorçulardan təmizlənib. Xeyli terrorçu məhv edilib, türk ordusunun qarşısında duruş gətirə bilməyən bir çox terrorçular isə Afrinin mərkəzinə doğru geri qaçıblar. Hazırda Türk ordusu ərazidəki minaları təmizləyərək, addım-addım mərkəzə doğru irəliləyir".

Son məlumata görə, Afrində bugünədək 2434 terrorçu məhv edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA